HAQQIMIZDA
“Dəyanət Tədris Mərkəzi” təhsil və tədris sahəsində müasir standartlara uyğun fəaliyyət göstərəcək bir hazırlıq kursudur.
Tədris mərkəzimiz 2016-cı ildən etibarən Abşeron rayonunda yaşayan sakinlərin ixtiyarına verilmişdir. Bu mərkəz məktəbəqədər hazırlıqdan tutmuş bütün yaş qrupları üzrə hazrılıqları özündə birləşdirən kompleks tədris müəssisəsidir. Əsas məqsədimiz tələbə və şagirdlərimizə yüksək səviyyədə bilik və təhsil bəxş etməkdir. Mərkəzimizdə dərs deyən müəllim və idarə kollektivi təcrübəli və öz sahəsində peşəkar şəxslərdir.
Mərkəzimizdə şagird və tələbələrin yaxşı təhsil almaları üçün hər cür şərait qurulmuşdur. Bütün dərs otaqlarında kamera, Wi-Fi sistemi mövcuddur. "Dəyanət Tədris Mərkəzi" -ni seçdiyiniz üçün sizə təşəkkür edirik...