BAĞÇA TİPLİ QRUPLAR



Ətraflı məlumat:


Dəyanət Uşaq Bağçasında məktəbəqədər hazırlıq  proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.

    Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqında, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışlarının mənimsədilməsi, dinləmə, danışıq, ilkin oxu və yazı bacarıqlarının, rəqəmlər və sadə hesablamanın öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Dəyanət Uşaq Bağçasında təhsil orta qruplarda (3-4 yaş), böyük qruplarda (4-5 yaş) və məktəbə hazırlıq qruplarında (5-6) aparılır.

Proqram aşağıdakı məşğələləri əhatə edir:

  • Savad təlimi
  • Nitq inkişafı
  • Sadə riyazi təfəkkürün inkişafı
  • Məntiqi təfəkkürün inkişafı
  • Ətraf aləmlə tanışlıq
  • İntelektual oyunlar
  • Uşaq ədəbiyyatı, nağıllar aləmi
  • İngilis dili
  • Rəsm
  • Əmək
  • Musiqi
  • Fiziki tərbiyə

Bağçada uşaqlara masa arxasında mədəni davranış öyrədilir.

Bağçada qidalanma gün ərzində 4 dəfə nəzərdə tutulub: səhər yeməyi, meyvə saatı, nahar və şirniyyat saatı.

Əziz valideynlər unutmayın ki, düzgün və sağlam qidalanma övladınızın gələcəyinə proqramlaşdırılmış sağlam həyat tərzinin qarantıdır.