VAKANSİYA

"Dəyanət Tədris Mərkəzinin"   öz sahəsində daim birinci olması üçün istedadlı işçilərin seçilməsi,  təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir. 

karyer

Şirkət bərabər əmək hüququnu rəhbər tutaraq şəffaf işəgötürmə siyasətinə sadiqdir. İşəgötürmə zamanı və gündəlik fəaliyyət dövründə milliyyətə, dini mənsubiyyətə, yaşa, cinsə, irqə, fiziki qüsurluğa görə ayrı seçkiliyə yol verilmir. Şirkət İnsan Resurslarına aid qərarları yalnız işçinin qabiliyyəti və işə münasibəti əsasında verir. 

Dəyanət Tədris Mərkəzinin İnsan resursları tərəfindən işçinin təlimat kitabçası adlı sənəd hazırlanmışdır. 

İşçilərinin davranışlarının başlıca norma və prinsiplərini dəqiq şəkildə nizamlayan bu sənəd həm də onlara mənəvi və psixoloji keyfiyyətlər aşılayır.  Bütün bunlar öz dəyərli şagirdlərimizə daha keyfiyyətli xidmət vermək üçün təşkil edilir.

Kursumuz üçün önəmli qərarlar qəbul edilərkən işçilərin fikirləri öyrənilir və onların təklifləri qərarlarda nəzərə alınır. Yeni layihələrə imza atanda Kursun müəllim heyyəti ilə ilə görüşülür və onların novator düşüncələrinə xüsusi yer verilir. 

Dəyanət Tədris Mərkəzi  kadr seçimi zamanı əsasən gənc və perspektivli kadrları öz sıralarına cəlb etməyə çalışır.

Kursumuz gənc kadrların peşəkar və karyera inkişafı üçün  geniş imkanlar təklif edir. 

Ona görə də Dəyanət Tədris Mərkəzində çalısmaq Azerbaycanın ən dinamik və perspektivli tədris ocaqlarından birində  öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir. 

Vakansiyalar

Dəyanət Tədris Mərkəzində karyera qurmaq arzusunda olan namizədlər öz "CV" - lərini bu ünvana göndərə bilərlər:

orucova.remziyye@mail.ru

Təqdim edilmiş "CV" - lər nəzərdən keçirilib qeydiyyata alınacaqdır.  Kursumuzda mövcud vakansiya yarandığı təqdirdə, uyğun namizəd müsahibəyə dəvət ediləcəkdir.