MENTAL ARİTMETİK



Ətraflı məlumat:


Mental Artimetik proqramı bir zehni inkişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Türkiyədə də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan toplama, çıxma, vurma və bölmə əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür.

Tədris mərkəzində bu proqram 6-12 yaş uşaqlara tətbiq edilir. Ümumilikdə 2 illik bir proqramdır. 1il ərzində toplama çıxma, 2-ci il isə vurma və bölmə əməliyyatları tədris olunur.  Tədris Türkiyədən dəvət olunmuş və Türkiyədə kurs keçmiş müəllimlər tərəfindən həyata keçirilir. Övladlarınız tədris prosesində Türkiyə və Dünya olimpiyadalarına qatılmaq imkanı əldə edir. Kursu uğurla bitirənlərə SERTİFİKAT verilir.

Mental Aritmetik proqramının övladlarınıza xeyri.

Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması

Riyazi təfəkkürün inkişafı

Yaddaşın və qavramanın güclənməsinə köməklik

Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi

Özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s